DİM magistraturaya ayrılan plan yerini açıqladı


19:43     08 İyun 2018 dim%20tqdk.jpg

2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına, ümumilikdə 8391 plan yeri ayrılıb.


Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bunlardan 5858 yer Azərbaycan bölməsi, 866 yer rus bölməsi, qalan 1667 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 7228 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.

Aşağıdakı cədvəldən magistraturaya qəbul aparılan 74 proqram üzrə ayrılıqda qəbul planı və ixtisaslaşma seçiminə buraxılanların sayı haqqında məlumatla tanış olmaq mümkündür.

Femida.az

Açar sözlər:

Oxunub: 1369