Körpələrin həyatı təhlükədə - 60 il əvvəl tikilən bağça niyə təmir olunmur?


21:08     08 İyun 2018 2018/06/bagca_1528463199.jpg


Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli sovxozun ərazisində yerləşən 283 saylı körpələr evi qəzalı vəziyyətdədir. Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağça 1957-ci ildə inşa edilib və bu günə kimi təmir olunmayıb.

Valideynlər redaksiyamıza müraciət edərək bağçanın bərbad durumdakı şəkillərini göndəriblər. 7 mindən çox sakini olan qəsəbənin uşaqlarını qəbul edən , 60-dan çox yaşı olan bağçanın qəzalı vəziyyətdə olduğunu açıq-aşkar görmək mümkündür. Elə valideynlərin narahatlığı da buna görədir. Onlar hər an baş verə biləcək qəzadan qorxurlar. Bağçadan daha çox xarabalığı xatırladan bu müəssisənin içərisinin də eynilə pis durumda olduğunu deyirlər.



Valideynlər bağçanın normal şəraitə gətirilməsini istəyir. Onlar taksi tutub, uşaqları başqa yerlərdə olan bağçalara aparmaq istəmirlər.

Məsələ ilə bağlı bağçaya nə qədər zəng etsək də, cavab verən olmadı. Eynilə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən də dəstəyi qaldıran olmadı. Qurumun mətbuat xidmətinin rəhbəri Nailə xanım şəxsi nömrəsinə də cavab vermədi.



Femida.az məsələni ictimailəşdirmək üçün ilk addımı atır, digər media qurumlarını da körpələrin təhlükəsizliyi adına dəstəyini əsirgəməməyi xahiş edir.

Məsələ ilə bağlı BŞİH-ə rəsmi sorğu ünvanlanıb.

Amin Nəzərli

Açar sözlər: #Femida   #bağça   #Bakı   #uşaq   #körpə   #BŞİH   #Sabunçu   #Pirşağı   #qəza  

Oxunub: 5988