"Akademiya büdcədənkənar vəsait qazanacaq" - Akif Əlizadə


21:17     08 İyun 2018 akif_alizade.jpg

"Akademiyanın Yüksək Texnologiyalar Parkının infrastrukturu tam yaradılandan sonra akademiya büdcədənkənar vəsait qazanacaq və Azərbaycan elmi büdcədənkənar maliyyə hesabına inkişaf edəcək".



Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O bildirib ki, hazırda akademiya universitetinin yaradılması əsas prioritetdir.

Azərbaycan alimlərinin Avropa layihələrində iştirakının vacibliyini vurğulayan A. Əlizadə qeyd edib ki, növbəti illərdə regional yönümlü layihələr və tədqiqatlar AMEA tərəfindən dəstəklənəcək.

Qeyd edək ki, A. Əlizadə bu gün yenidən 5 il müddətinə AMEA prezidenti seçilib.

Femida.az

Açar sözlər: #Akif-Əlizadə   #AMEA   #Universitet  

Oxunub: 1524


Oxşar xəbərlər