İranda Qüds yürüşü keçirilib


22:59     08 İyun 2018 2018/06/img-20180608-wa0003_1528464634.jpg

"Beynəlxalq Qüds Günü" münasibətilə paytaxt Tehran başda olmaqla, İranın 900 şəhərində etiraz yürüşü keçirilib.



Femida.az-ın məlumatına görə, Tehranda yürüş 7 istiqamətdən Tehran Universitetinə - Cümə namazı qılınan yerə doğru təşkil olunub.

Hərbi-siyasi rəhbərlik yürüşdə əhali ilə bərabər iştirak edib. İştirakçılar “ABŞ-a ölüm”, “İsrailə ölüm” şüarları səsləndirib, ABŞ prezidenti Trampın kuklasını asıblar. Yürüş boyu yollar İran və Fələstin bayraqları ilə bəzədilib.

Aksiyanın sonunda 9 maddəlik qətnamə qəbul olunub. Qətnamədə ABŞ səfirliyinin Qüdsə köçürülməsi pislənilib, Fələstin probleminin yeganə həll yolunun dünyanın müxtəlif bölgələrinə didərgin düşmüş fələstinlilərin geri qayıtması, ölkənin gələcəyini təmin etmək üçün azad referendumun keçirilməsi olduğu vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1052