BMT Təhlükəsizlik Şurasına beş yeni üzv seçildi


01:10     09 İyun 2018 bmt.jpg

Belçika, Almaniya, Dominikan Respublikası, İndoneziya və Cənubi Afrika 2019-2020-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiliblər.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, seçki BMT Baş Assambleyasında keçirilib.

Şurada 2019-cu il yanvarın 1-dən etibarən boş olacaq beş yer üçün altı dövlət namizəd idi.

Mübarizədə eyni regiondan olan Maldiv adaları İndoneziyaya uduzub.

Femida.az

Açar sözlər: #BMT   #dünya  

Oxunub: 1099