Polisə əlavə səlahiyyət verildi


13:14     09 İyun 2018 1356524159_polis1_922155415.jpg

Milli Məclisdə Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilib.

Məcəllənin 236.4 və 244.1-ci maddələrinə edilən düzəlişlərə görə, hüquq-mühafizə orqanlarının hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirməsinə imkan veriləcək.

Eyni zamanda bundan sonra prosesin video çəkilişi aparılırsa, hüquq-mühafizə orqanları əməkdaşlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirə biləcəklər. Layihələr səsə qoyularaq qəbul olunub.

Femida.az

Açar sözlər: #polis   #Milli_Məclis  

Oxunub: 10062