Azərbaycan xaricə aviareyslərin sayını artıracaq


18:52     09 İyun 2018 2018/06/ELMIR-VELIZADE_1528542030.jpg

"Prezident İlham Əliyevin siyasəti sayəsində bu gün ölkədə nəqliyyat sektoru dinamik inkişaf edir".




Femida.az-ın xəbərinə görə, bunu rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.

E.Vəlizadə deyib ki, bu gün Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib: "Hazırda Azərbaycan regionda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində bir sıra layihələrin icrasçısı və təşəbbüskarı kimi çıxış edir və dünya nəqliyyat xəritəsinə mühüm imkanlar əlavə edir".


Onun sözlərinə görə, bu gün Azərbaycanda 6 beynəlxalq hava limanı mövcuddur və bu ilin may ayında Heydər Əliyev limanı regionda ilk, dünyada isə sayı 8 olan beşulduzlu hava limanlarından biri seçilib. E.Vəlizadə əlavə edib ki, yeni təyyarələrin alınması, uçuşların genişləndirilməsi nəzərdə tutulur.


Nazir müavini qeyd edib ki, Azərbaycanda nəqiyyat sektorunun inkişafı üzrə fəaliyyət davam etdirilir və bu işdə ölkəmiz tərəfdaşlarla əməkdaşlığa hazırdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1445