Əfqanıstanda Taliban hücumu: 20 polis öldürülüb


21:14     09 İyun 2018 18_06_09_1528545359.jpg

Əfqanıstanın şimalında Taliban silahlılarının hücumu nəticəsində ən azı 20 polis öldürülüb.


Femida.az-ın məlumatına görə, insident Kunduz vilayətində gecə saatlarında baş verib.

Vilayət qubernatoru toqquşma nəticəsində 8 silahlının da öldürüldüyünü xəbər verib.

Qeyd edək ki, Əfqanıstan preizdenti Əşrəf Qani iyunun 11-dən 19-a qədər Ramazan bayramı münasibətilə Talibanla atəşkəs elan edib.

Açar sözlər:

Oxunub: 1144