“Bakı Ekspo 2025”lə bağlı təqdimat keçirilib


23:38     09 İyun 2018 2018/06/15285-1528554738_1528558903.jpg

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti çərçivəsində “Bakı Ekspo 2025” Ümumdünya Sərgisi ilə bağlı təqdimat keçirilib.


UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov Bakının “Ekspo 2025”ə ev sahibliyinə namizədliyinin irəli sürüldüyünü xatırladıb, Ümumdünya Sərgisinə hazırlıqla bağlı görülən işlərdən danışıb.

E.Sultanov bildirib ki, Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən sərgilərin keçirilməsi ilə bağlı böyük təcrübəsi var. Səfir Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1512