Bu gün sonuncu sınaq imtahanı keçirilir


13:00     10 İyun 2018 sınaq-imtahanı.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 12 şəhər və rayonda sonuncu sınaq imtahanları keçirir.



DİM-dən Femida.az-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda, ümumilikdə 26 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 5252 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

Femida.az

Açar sözlər: İmtahan   Göyçay   Şirvan   Lənkəran   Xaçmazda  

Oxunub: 1437