Düşmən iriçaplı pulemyotlardan atır - CƏBHƏDƏ GƏRGİN GECƏ
13:42 10 İyun 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 3018
Oxşar xəbərlər
- Goranboy sakininin avtomobilini qaçıran şəxslər saxlanılıb
- Goranboy sakini intihar edib
- Prokurorluq: Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanılıblar
- Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
- Goranboy sakini minaya düşüb
- Goranboy sakininə qarşı dələduzluq edilib
- Goranboy sakini avtomobillə qohumunu qəsdən vuraraq qətlə yetirib
- Goranboy sakinini peyvəndlənmiş şəxs kimi qeydə alan tibb bacısı cəzalandırılıb
- Goranboy sakinində narkotik aşkarlanıb