Evi olmayan müəllim və həkimlərə - İPOTEKA MÜJDƏSİ


15:35     29 Sentyabr 2015 622404_454021.jpg

Ev sahibi olmaq istəyən müəllim və həkimlərə xəbərimiz var.


Femida.az xəbər verir ki, müəllim və həkimlər də sosial ipoteka ilə ev ala biləcəklər. Bununla bağlı məsələ payız sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq. Yeniliyin nə vaxtdan və necə tətbiq ediləcəyi də ondan sonra məlum olacaq.

Müəllimlər və həkimlər də mənzil almaq üçün sosial ipotekadan yararlana biləcəklər.

Millət vəkili Musa Quliyev bildirir ki, sosial ipotekanın müəllim və həkimlərə şamil olunması üçün hansısa ciddi əngəl yoxdur. Əsas məsələ bunun sxem halına salınmasıdır.

Musa Quliyev sosial ipotekaya ayrılan vəsaitlərin bir qisminin müəllim və həkimlərə yönləndirilməsi üçün bir neçə variantdan istifadəni mümkün sayır.

Məsələ Milli Məclisdə payız sessiyasında geniş müzakirəyə çıxarılacaq.

Açar sözlər:

Oxunub: 987