Leysan Tovuzu iflic etdi - Dəhşətli görüntülər


15:43     10 İyun 2018 2018/06/658509_03_3057234100.jpg

Tovuz rayonuna yağan leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılır.



Femida.az bildirir ki, Tovuz Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, yağan güclü leysan yağışları nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə yağış suları dolub və hazırda həmin vətəndaşların evində suçəkmə işləri sona çatmaq üzrədir.

"Şəhərin dəmiryolu vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidinə və şəhərin mərkəzindəki yeraltı avtomobil keçidinə sel suları dolub. Hazırda hər iki keçiddə sular nasoslar vasitəsilə çəkilir. Yeraltı yol ötürücüsündə qalan vətəndaşa məxsus avtomobil isə artıq oradan çıxarılıb. Avtomobillər alternativ yollardan istifadə edir və ciddi tıxaclar yaranmayıb. Yağıntı səbəbindən rayon mərkəzinə yaxın yerləşən 2 kəndin taxıl sahələrində bitkinin yatması baş verib, lakin ciddi ziyan dəyməyib. Rayonun digər kəndlərində isə fəsadlar baş verməyib. Şəhər mərkəzində bir istiqamətdə dayandırılmış elektrik enerjisinin verilməsi istiqamətində də işlər aparılır", - deyə icra rəsmisi əlavə edib.





Femida.az

Açar sözlər:

Oxunub: 1476