TANAP-ın açılışını Ərdoğan edəcək
20:14 10 İyun 2018
Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışını iyunun 12-də Əskişəhərdə prezident Rəcəb Tayyib Ərdoğan edəcək.
Bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, TANAP ilə Azərbaycanın Xəzər dənizində yerləşən "Şahdəniz-2" qaz yatağı və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınması planlaşdırılır.
Bildirilir ki, açılış mərasimində dost və layihədə maraqlı olan ölkələrin dövlət və hökumət başçıları, onların enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli şəxslər iştirak edəcək.
Femida.az
Oxunub: 1405
Oxşar xəbərlər
- TANAP “İlin Layihəsi” oldu
- Azərbaycan Prezidenti: “TANAP dostluq layihəsidir”
- Azərbaycan Prezidenti TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində iştirak edir
- TANAP-la indiyədək 2,7 mlrd. kubmetr təbii qaz nəql edilib
- TANAP üzrə Türkiyədən nəql edilən qazın həcmi açıqlanıb
- TANAP iyulun 1-dən Avropaya qaz nəqli üçün tam hazırdır
- TANAP yayda hazır vəziyyətə gətiriləcək
- TANAP vasitəsilə sınaq qaz tədarükü
- TANAP və TAP birləşdirildi
- TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib