Gədəbəydə iki avtomobil toqquşub, yaralılar var


23:59     10 İyun 2018 publika.az1397292007qeza.jpg

Gədəbəydə 2 avtomobil toqquşub.


Femida.az -ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Düzyurd kəndində baş verib.

"Niva" markalı avtomobillə "Jiquli" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər - Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Əşrəfli Zamin Zakir oğlu, Gədəbəy rayon sakinləri: - 1984-cü il təvəllüdlü Cəfərov Afiq İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Musayev Firdovsi İslam oğlu, habelə daha bir nəfər yaralanıb. Dördüncü yaralı özəl xəstəxanaya aparılıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1049