Güləşçimiz qızıl medal qazandı
02:35 11 İyun 2018
Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatına yekun vurulub.
Femida.az - ın məlumatına görə, sonuncu yarış günündə Azərbaycan sərbəst güləşçisi Şami Zubairov qızıl medal qazanıb.
92 kq çəki dərəcəsində yarışan Zubairov ardıcıl olaraq, Rusiya və Ermənistan təmsilçilərinə qalib gəldikdən sonra finala yüksəlib. Qızıl medal uğrunda görüşdə isə o, gürcüstanlı rəqibini tam üstünlüklə yenərək, Avropa çempionu olub.
61 kq-da mübarizə aparan Elçin Vəliyev ilk görüşündə rumıniyalıya qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Vəliyev həlledici görüşdə Türkiyə güləşçisinə yenilərək, çempionatı 5-ci sırada tamamlayıb.
U-23 Avropa çempionatı
10 iyun
61 kq
Bürünc medal görüşü. Ertuğrul Kahveci (Türkiyə) - Elçin Vəliyev - 7:6
1/2 final. Elçin Vəliyev - Vitali Buniçi (Moldova) - 5:7
1/4 final. İon Suruqiu (Rumıniya) - Elçin Vəliyev - 0:10
86 kq
1/8 final. İlya Arçaya (Ukrayna) - Hacımurad Məhəmmədsəidov - 14:4
92 kq
FİNAL. Şamil Zubairov - İrakli Mtsituri (Gürcüstan) - 8:1
1/2 final. Sargis Hovsepyan (Ermənistan) - Şamil Zubairov - 5:7
1/4 final. Şamil Zubairov - Batırbek Tsakulov (Rusiya) - 10:5
Beləliklə, Azərbaycanın sərbəst və yunan-Roma güləşçiləri Avropa çempionatını ümumilikdə 7 medalla başa vurublar. Sərbəst güləşçilərdən yalnız Şamil Zubairov (92 kq) qızıl medal qazanıbsa, Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) gümüş, Murad Süleymanov (79 kq) bürünc medala sahib olub. Yunan-Roma güləşçilərindən isə İslam Abbasov (87 kq) qızıl, Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) bürünc medala yiyələnib.
Oxunub: 1070
Oxşar xəbərlər
- Güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
- Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu
- Erməniyə qalib gələn güləşçimiz bürünc medal qazandı
- Daha iki güləşçimiz Avropa çempionu oldu
- Güləşçimiz Avropa çempionu oldu
- Güləşçimiz Zaur Əliyev Avropa çempionu oldu
- Güləşçimiz Avropa çempionu oldu - VİDEO
- Güləşçimiz ermənini məğlub etdi
- Sərbəst güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Güləşçimiz yarımfinala yüksəlib