Sirkə turşusu içdi - Reanimasiyalıq oldu


13:36     11 İyun 2018 1441444832_sirke_2ru7364664.jpg

Qaxda 30 yaşlı kişi sirkə turşusundan zəhərlənib.



Femida.az APA-ya istinadən xəbər verir ki, iyunun 10-dan 11-ə keçən gecə Qax şəhər sakini, 1988-ci il təvəllüdlü Elşən Aydın oğlu Rzayev zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan bildirilib ki, Elşən Rzayev ifadəsində yaşadığı ünvanda bilərəkdən sirkə turşusu içdiyini deyib.

Həkimlərin müdaxiləsindən sonra Elşən Rzayevin vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1683