Milli Məclisin növbədənkənar iclası keçiriləcək


15:07     11 İyun 2018 millimeclis1.jpg

Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyada ilk plenar iclası keçiriləcək.


Femida.az-ın məlumatına görə, iclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar “Təhsil haqqında”, Məşğulluq haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “Siyasi partiyalar haqqında”, “Dövlət rüsumu haqqında”, “Sərhəd qoşunları haqqında” və sair qanunlara, Əmək Məcəlləsinə dəyişikliklər, o cümlədən bir sıra dövlətlər ilə imzalanmış sənədlərin ratifikasiyasıdır.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyada ikinci plenar iclası iyunun 29-da keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 885