Qardaşının maşınını qəsdən yandırdı


16:45     11 İyun 2018 masin%20yanib%20femida.jpg

Yevlaxda qardaşının avtomobilini yandıran şəxs tutulub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 9-da Yevlax şəhəri ərazisində şəhər sakini Nizami Məmmədov qardaşı Vaqifə məxsus “Mercedes” markalı avtomobili qəsdən yandırıb.

N.Məmmədov Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: #Maşın   #Yanğın   #FHN  

Oxunub: 1157