32 yaşlı kişi itkin düşüb


17:03     11 İyun 2018 itkin%20düşüb.jpg

Qusar rayon sakini itkin düşüb.



Femida.az-ın məlumatına görə, rayonun Mucuq kənd sakini Nizami Əliquliyev polisə müraciət edərək oğlu, anadangəlmə əqli zəifliyi olan 1986-cı il təvəllüdlü Minətulla Əliquliyevin 18.05.2018-ci il tarixində evdən çıxdığını və qayıtmadığını bildirib. İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsi tapmaq mümkün olmayıb.

Onun əlamətləri: boyu 168 sm, orta bədən quruluşlu, uzunsov sifət, təbii dişləri, burnu düz, saçlarının rəngi qar və gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxarkən onun əynində göy gödəkçə, göy cins şalvar və qara ayaqqabı olub.

M. Əliquliyev barədə məlumatı olan şəxslərdən Qusar RPŞ-nə (023338) 5-28-03, 5-28-35, 5-43-19, mobil (070) 626-12-20 nömrəli telefonlara məlumat verməsini xahiş olunur.



Femida.az

Açar sözlər: #Quba   #İtkin   #Polis  

Oxunub: 1231