Bakıda özəl bağçada görünməmiş rəzalət - Uşaqlara işgəncə verilir (VİDEO)


17:11     11 İyun 2018 2018/06/658794_1528708387.jpg

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü yayılıb

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Məlum olub ki, hər gün uşaqlara dözülməz zülm yaşadırlar.

Femida.az azxebercom-a istinadən xəbır verir ki, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur.

Həmin bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün, hələ ki, bu barədə informasiya vermirik. Bununla bağlı tərəfimizdən araşdırma aparılır və yaxın saatlarda həmin özəl bağçanın adını ictimaiyyətə açıqlayacağıq. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim icazə verib?!




Femida.az

Açar sözlər: #Video  

Oxunub: 5310