Taksi sürücülərinin reytinqi açıqlanacaq
19:56 11 İyun 2018
“London” taksiləri ilə göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması üçün işlərin görülməsi nəzərdə tutulur".
Femida.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, çağrı sisteminin təkmilləşdirilməsi məqsədilə proqram təminatı hazırlanır, tezliklə müştərilərin istifadəsinə veriləcək.
“Eyni zamanda, taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların tam aradan qaldırılması məqsədilə kompleks tədbirlər görüləcək. Bu tədbirlərə sürücülərin reytinqinin aparılması, reytinqi yüksək olan sürücülərə qarşı həvəsləndirmə tədbirlərinin görülməsi, müştəri məmnuniyyətinin qiymətləndirilməsi, sürücülərin fəaliyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və sair daxil olacaq ”,- deyə H.Həsənov vurğulayıb.
Femida.az
Oxunub: 959
Oxşar xəbərlər
- Taksi 3 piyadanı vurdu, 1 əcnəbi öldü
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Bakıda qətl törədən taksi sürücüsü özünü qismən təqsirli bilib
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib
- Taksi sürücüsünə qarşı quldurluq edən müştərinin məhkəməsi başlayır
- Bakıda qətl törətməkdə təqsirləndirilən taksi sürücüsünün məhkəməsi başlayır
- Bakıda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib
- Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb
- Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək
- Azərbaycanda taksi duracaqlarında başqa avtomobil saxlayanlar cərimələnəcək