Nazirlikdən növbəti reyd - Ağackəsənlərlə bağlı Baş Prokurorluğa müraciət
20:44 11 İyun 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
ETSN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyd zamanı Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində köküstə yaş 4-16 sm diametrliyində 57 ədəd iydə ağacının kəsildiyi aşkar olunub.
Araşdırma zamanı ağacların Ağcabədi rayon sakini Namiq Xanalıyev tərəfindən kəsildiyi və təbiətə 6590 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanuna müvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.
Oxunub: 1295
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlikdən fermerlərə xəbərdarlıq
- Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...
- Nazirlikdən Qubadlıda məscidin təhqir olunması ilə bağlı BƏYANAT