Ombudsmanın əməkdaşları hərbi hissələrə baxış keçirib


21:10     11 İyun 2018 ombudsmanliq.jpg

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin “N” saylı, Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Bərdə şəhərindəki hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.



Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1287