Bakıda mənzillər ucuzlaşdı, torpaq bahalaşdı
01:30 12 İyun 2018
2018-ci ilin may ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.
Femida.az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 0.3 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında 2.24 faiz ucuzlaşma baş verib.
Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin azaldığını qeyd edib. N.İbrahimovun sözlərinə görə, ilkin mənzil bazarında azalma ay ərzində 1.91 faiz, ilin əvvəli ilə müqayisədə isə 1.64 faiz olub.
N.İbrahimov həyət və bağ evlərində də may ayı ərzində 1.45 faiz azalma olduğunu diqqətə çatdırıb. İlin əvvəli ilə müqayisədə isə 2.25 faiz artım var.
Bakıda torpaq bazarında isə may ayı ərzində qiymətlər 1.98, ilin əvvəli ilə müqayisədə isə 5.81 faiz artıb.
Lakin ekspert hesab edir ki, il ərzində Bakıda mənzillərin qiymətində az da olsa artım qaçılmazdır. Baş direktorun sözlərinə görə, artım təqribən 4-6 faiz civarında proqnozlaşdırılır.
Femida.az
Oxunub: 1826
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb