Kollegiyadan 3 vəkilə irad - Birinə töhmət
03:01 12 İyun 2018
Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
VK-dan Femida.az-a verilən məlumata görə, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə görülən işlərin vəziyyəti barədə məlumat verilib, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda iclasa sədrlik edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli sərəncamından irəli gələn tövsiyələrin icrasının vəziyyəti barədə çıxış edib və bildirib ki, hazırda sərəncama əsasən, regional vəkil qurumları üçün yerlərin ayrılması üzrə aidiyyəti dövlət qurumları ilə işlər aparılmaqdadır və yaxın dövrdə həmin qurumlar vətəndaşlara xidmət göstərilməsi üçün fəaliyyət göstərməyə başlayacaq.
İclasda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun doktorantı Fərdin Əliyevin “Cinayət mühakimə icraatında vəkil araşdırması” monoqrafiyası müzakirə olunub və monoqrafiyanın praktiki əhəmiyyəti nəzərə alınaraq Rəyasət Heyətinin qərarına əsasən, vəsait vəkillərin istifadəsi üçün tövsiyə olunub.
Daha sonra başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.
İclasda vəkillər barəsində başlanılmış 20 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 1 vəkilə töhmət verilib, 1 vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 3 vəkilə irad tutulub.
Femida.az
Oxunub: 2271
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
- Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb
- Şair Əli Vəkil vəfat edib
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər