Bakıda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü

Bakıda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü

09:05     12 İyun 2018 qezas2.jpg

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın "Report"a istinadən məlumatına görə, Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Qəza   #Kriminal   #Polis  

Oxunub: 12033