Ağstafada fərdi ev yandı


13:13     12 İyun 2018 yangin_38673636.jpg

Ağstafada yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunun Xətai kəndində ümumi sahəsi 600 m2 olan ( hər mərtəbəsi 300 m2 ) 7 otaqlı evin 1-ci mərtəbəsinə yığılmış 50 ton ot bağlamasının 15 tonu yanıb.

Ot bağlamasının və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 873