FHN-dən Bakıdakı dəhşətli qəza ilə bağlı - Açıqlama
15:05 12 İyun 2018
FHN Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Report-un məlumatına görə, sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə VAZ-2106-da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.
Femida.az
Oxunub: 2019
Oxşar xəbərlər
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Bakıda “Land-Rover”lə “KamAZ” toqquşub, ölən var
- Bakıda “KamAZ” uşağın ayağının üzərindən keçib, ayağı amputasiya olunub
- “20 Yanvar” dairəsində “KamAZ” aşıb
- Kürdəmirdə “KamAZ” piyadanı vuraraq öldürüb
- Abşeronda idarə işçiləri arasında dava olub, bir nəfər "KamAz"ın altında qalaraq ölüb
- İşçi “KamAZ”ın altında qalıb öldü
- Qəbələdə "KamAz" 55 yaşlı şəxsi vuraraq öldürüb
- Dərnəgüldə “KamAZ” və “Opel” toqquşub, xəsarət alan var
- Hacıqabulda “Ford” “KamAZ”a çırpılıb, xəsarət alan var