Ərəblər Azərbaycanın bu qəsəbəsinə 500 milyon dollar sərmayə qoyub


16:48     12 İyun 2018 18_06_12_1528793373.jpg


Birləşmiş Ərəb Əmirliklərindən olan investorlar Ələt qəsəbəsindəki azad ticarət zonası ərazisində istehsalatın yaradılmasına 500 milyon dollar sərmayə yatırıblar.

Hələlik investisiyaların hansı layihəyə yatırıldığı açıqlanmır. Məlumata görə, azad ticarət zonasının qaydaları rezidentlərin vergilərdən və gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, azad ticarət zonasının yaradılması çərçivəsində konsaltinq xidmətlərini dünyanın ən iri liman operatorlarından olan “Dubai Port World” və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası həyata keçirir./interaz

Femida.az

Açar sözlər: #ərəb   #liman   #ələt   #iqtisadiyyat   #sərmayə  

Oxunub: 2870