Bakı məktəblilərinin I Forumu keçirilib


18:18     12 İyun 2018 2018/06/mehebbet-veliyeva_1528795807.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Bakı məktəblilərinin I Forumu keçirilib.



Femida.az-ın məlumatına görə, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, forumun təşkil olunmasının əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində istedadlı şagirdlərlə aparılan işin əhatə dairəsini genişləndirmək, gənc nəslin düzgün istiqamətdə formalaşmasına töhfə vermək, onların intellektual inkişafını diqqət mərkəzində saxlamaq, istedad və qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Məhəbbət Vəliyeva istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, onların həvəsləndirilməsi, yaradıcılığa və elmə maraqlarının artırılması, nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, şagirdlərin məntiqi biliklərinin möhkəmləndirilməsi, onlara beynəlxalq və yerli olimpiadalarda iştirak təcrübəsinin qazanılması baxımından son illərdə əldə olunmuş nailiyyətlərdən bəhs edib.

Daha sonra məktəblilərin ifasında Forumun himni səsləndirilib.

Bakı məktəblilərinin I Forumunda şagirdlərin ifasında zəngin ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar və rəqslər ifa olunub.

Sonda Bakı məktəbliləri adından Forum iştirakçılarının müraciəti oxunub. Müraciətdə paytaxt məktəblilərini öz ətrafında birləşdirən yeni təşkilatın yaradılması təklifi irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1379