Vergi Məcəlləsinə dəyişiklik təsdiqləndi
19:07 12 İyun 2018
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik layihəsini bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edərək təsdiqləyib.
Femida.az xəbər verir ki, layihədə Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsinin artırılmasını nəzərdə tutulur.
Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Femida.az
Oxunub: 2242
Oxşar xəbərlər
- Milli Məclis yenidən büdcə müzakirələrinə toplanır
- "Sərhədçilər müharibədə düşmənin 290 hərbi obyektini məhv edib"
- Milli Məclisin plenar iclası başladı
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
- Bu müəllimlər işdən çıxarılacaq
- Milli Məclis toplanır - Gündəlikdə 23 məsələ var
- Deputata “Şöhrət” ordeni verildi
- Azərbaycanda meyitdən orqan götürmək mümkün olacaq
- Milli Məclis son iclasa toplanır - 24 məsələ müzakirə olunacaq
- Sabah parlamentin son iclası keçiriləcək