Azərbaycanda siqaretlə bağlı NÖVBƏTİ QƏRAR


20:50     12 İyun 2018 siqaret-liderxeber-640.jpg


Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.

Femida.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. İndiyədək bu məbləğ 4 manat idi. Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq qəbul olunub.

Femida.az

Açar sözlər: #siqaret   #qadağa   #vergi  

Oxunub: 2621