Nazir müavinləri zənglərimizə cavab vermir - Deputatdan tənqid
21:33 12 İyun 2018
Millət vəkilindən təhsil nazirinin iki müavininə sərt etiraz gəlib.
Femida.az-ın Oxu.az-a istinadən xəbərinə görə, millət vəkili Elşən Musayev parlamentdəki çıxışı zamanı orta məktəblərdəki problemlərdən, Təhsil Nazirliyinin bu problemlərə laqeydliyindən şikayətlənib:
“Orta məktəblərimizdə problemlər qalır. Şəxsən mən hər gün övladımla məktəbə getməli oluram. Çünki çantası çox ağırdır, daşıya bilmir. Eyni zamanda, məktəblərdə “Fondpulu” deyilən məsələ hələ də qalmaqdadır. Desələr də ki, belə bir şey yoxdur, yalan deyirlər.
Mən, ümumiyyətlə, parlamentdə az çıxış etməyə çalışıram, bəzi məsələləri də çox dar bir çərçivədə müzakirə etməyə üstünlük verirəm. Ancaq bir az öncə elə parlamentdən təhsil nazirinin iki müavininə zəng etdim, heç biri də cavab vermədi. Haçan zəng etsən, yenə də cavab verməyəcəklər. Bu, düzgün deyil”.
Femida.az
Oxunub: 1386
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"