"Biz XXI əsrin enerji tarixini yazırıq" - İlham Əliyev


23:14     12 İyun 2018 2018/06/prezi-1527862341_1528816624.jpg


"TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq"


Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində deyib.

Ölkə başçısı bildirib ki, bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür:

Prezident vurğulayıb ki, TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub:

"Bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə öz təsdiqini tapır. Çünki bunun arxasında bizim qardaşlığımız, iradəmiz dayanır. TANAP-ın adını biz birlikdə qoyduq. Biz bu illər ərzində böyük işlər gördük. TANAP əvəzolunmaz infrastruktur layihəsidir", -deyə Prezident İlham Əliyev vurğulayıb..

Femida.az

Açar sözlər:

Oxunub: 1169