Gənc oğlan küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı - Bakıda


13:06     13 İyun 2018 metro%20bicaq4.jpg


Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az "Report"a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Cəfərov Fuad Amin oğlu Vəzirov küçəsi ilə evə gedərkən ona tanımadığı şəxs yaxınlaşıb.

Bu zaman onların aralarında mübahisə düşüb. Nəticədə F.Cəfərovun sağrı nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı çoxlu qan itirib. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #bıçaq   #Bakı   #kriminal  

Oxunub: 1485