Oruc tutanların nəzərinə: Bayram günü bunlara diqqət edin
13:18 13 İyun 2018
Ramazan ayında oruc tutulması ilə əlaqədar qidalanma rejimi də tamamilə dəyişir.
Femida.az xəbər verir ki, həkim-dietoloqlar oruc tutan insanların orqanizminin əvvəlki rejimə uyğunlaşmaqda çətinlik çəkdiyini bildirirlər. Belə ki, bir ay ərzində uzunmüddətli aclıq və susuzluq maddələr mübadiləsinin zəifləməsinə səbəb olur. Nəticədə bədən əvvəlki rejimə adabtasiya olmaqda çətinlik çəkir. Buna görə də, xüsusilə bayram günləri həkim məsləhətlərinə qulaq asmaqda fayda var.
Həkimlərin tövsiyələrinə əsasən, bayramın ilk günü orucu açarkən ilk olaraq səhər yeməyi qəbul olunmalıdır. Yemək yeyiləcəksə də, mütləq yumurta ilə hazırlanmış yüngül omletlər və salatlara üstünlük verilməlidir.
Ən çox diqqət olunası məsələ isə şirniyyatlardır. Belə ki, şərbətli şirniyyatlar bayramınızı “qara” gətirə bilər. Bunun əvəzinə südlü şirniyyatlar qəbul edilməlidir. Nəzərə alın ki, bir dilim paxlava iki porsiya meyvə, iki qoz və bir dilim çörəyə bərabərdir.
Oxunub: 2567
Oxşar xəbərlər
- Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib
- Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Ramazan bayramı günlərində havanın temperaturu 5-8 dərəcə aşağı enəcək
- Bu il Azərbaycanda Ramazan ayı üçün fitrə zəkatının məbləği açıqlanıb
- QMİ Ramazan ayı ilə bağlı fətva verib
- Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb
- Rafiq Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilib
- Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
- Bu gün Ramazan ayının sonuncu günüdür