İki maşın toqquşaraq yandı - 2 nəfər öldü
13:21 13 İyun 2018
Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.
Femida.az-ın Report-a istinadən xəbərinə görə, 37 yaşlı Rahid Məmmədov idarə etdiyi "10-HF-590" dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə ikən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub.
Şahidlərin sözlərinə görə, qəza nəticəsində "Range Rover"in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən "Range Rover" yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
"Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orucov Orxan Fikrət oğlu çıxarılıb və "təcili yardım"ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü R.Məmmədov isə elə hadisə yerində ölüb.
Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.
Femida.az
Oxunub: 1160
Oxşar xəbərlər
- Abşeronda qətl törədən kriminal avtoritetə 18 il həbs cəzası verilib
- Ötən il Azərbaycanda 268 kriminal qrup zərərsizləşdirilib
- Bakıda qətl törədən kriminal avtoritetin məhkəməsində şahid dindirilib
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin atası dindirilib
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib
- Ötən günün kriminal xronikası
- Ötən 24 saatın kriminal xronikası