Məktəblərdə böyük summativ qiymətləndirmə yekunlaşıb


14:14     13 İyun 2018 mekteb45.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmə yekunlaşıb.



BŞTİ-dən Femida.az-a verilən məlumata görə, qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.

Böyük summativ qiymətləndirmə müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb.

Qiymətləndirmənin nəticələri şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.

Femida.az

Açar sözlər: #summativ   #qiymət   #məktəb  

Oxunub: 1627