Meşələri qıranlara qarşı qəti tədbirlər görüləcək


14:32     13 İyun 2018 2018/06/eko_1528871644.jpeg

Meşələrin biznes məqsədilə kəsilməsi hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində növbəti görüş keçirilib.


ETSN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə nazirliyin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyəti rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

Görüş zamanı meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin artırılması məsələləri müzakirə edilib.

Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı ETSN tərəfindən qəti tədbirlərin görüləcəyi bildirilib. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilib.

Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün rayonda ictimai nəzarətin və ictimai mühafizənin təşkilinə dair qərar qəbul edilib.

Femida.az

Açar sözlər: #FHN   #Ekologiya   #Meşə  

Oxunub: 1428