Uşaqları döyən tərbiyəçi saxlanıldı - RƏSMİ


15:20     13 İyun 2018 2018/06/659451_1528874526.jpg

Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Femida.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb.

Femida.az

Açar sözlər: #Müəllimə   #Baxça   #Saxlanıldı   #Polis   #DİN  

Oxunub: 5038