Bu küçə təmir olunub


15:32     13 İyun 2018 2018/06/1528872685dsc-0009-1_1528875311.jpg

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində uzun müddət təmir olunmayan küçə və prospektlərin bərpası işləri görülür.


Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən xəbər görə, Nəsimi rayonunda Təbriz küçəsinin ardınca Salatın Əsgərova küçəsinin də bir hissəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib. Söhbət Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi və Azadlıq prospektləri arasında yerləşən 300 metrlik hissəsindən gedir.

Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadığı üçün və kommunikasiya xətlərinin çəkilişindən sonra yolun hərəkət hissəsində qabarma və dağılmalar yaranmışdı. Bu isə hərəkətdə müəyyən çətinliklərə gətirib çıxarırdı. Küçənin təmiri ilə bu nöqsanlar aradan qaldırılıb.

Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 4 minə yaxın kv.m sahəni əhatə edib. Bundan başqa təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına isə 600 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb.

Təmir işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yolgöstərici və yol-cizgi xətləri, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq küçə müasir görkəmdə sürücülərin istifadəsinə verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1201