Sakinlərin nəzərinə: Xətai rayonunda su olmayacaq


15:44     13 İyun 2018 2018/06/suolm_1528876088.jpg

Bu gün Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


“Azərsu” ASC-də Femida.az-a verilən xəbərə görə, Bakı şəhəri Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər: #Azərsu   #Şıxlinski  

Oxunub: 1406


Oxşar xəbərlər