Azərbaycanlı icra başçısı tutuldu


15:48     13 İyun 2018 hebs_54.jpg


Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazovun saxlanıldığı barədə xəbər yayıb.

Ölkənin Baş Prokurorluğu xəbəri təsdiqləyib.

Qeyd edək ki, Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılmışdı.

Prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.

Femida.az

Açar sözlər: #icra   #Gürcüstan   #Azərbaycan  

Oxunub: 6891