“Kar qızların əl hərəkəti kişiləri ehtiraslandırır” - İranda radikal qərar


16:30     13 İyun 2018 2018/06/iranwomen_1528878644.jpg


Tehranda məscid-məktəblərdən birində qeyri-adi olay baş verib. Karlar üçün əyləncə qurulub və musiqi qrupu çıxış edən zaman işarə dili ilə karlara proqramda baş verənlər haqda məlumat verilib.

Bu zaman orada olan dövlət ali dini icraedici şuranın mollalarından biri proqamı dayandırıb. Bildirib ki, burada azyaşlı kar qızlar və onları başa salan qızlar müxtəlif əl qol hərəkətləri edir və bu hərəkət kişiləri ehtiraslandırır.

Molla dərhal proqramın dayandırıb və karların işarə dili ilə danışmasını qadağan edib. Daha sonra ölkənin hər yerində karlar üçün olan xidmətlər dayandırılıb. Hətta televiziyada xəbərlər proqramında belə karlar üçün çıxış edən insanlara qadağa qoyulub. Xüsusilə kar qadınlara əl qol hərəkətləri qadağan olunub. Molla bildirib ki, qadının əlini ağzına aparması kişiləri ehtiraslandırır.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #İran   #kar   #qız   #qadın   #qadağa   #qərar   #molla   #femida  

Oxunub: 8187