İtkin düşmüş 4 nəfər tapılıb

İtkin düşmüş 4 nəfər tapılıb

12:30     13 İyun 2018 itkin%20dusub.jpg

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il iyunun 4-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 42 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 11 nəfər tutulub.

Məlumata əsasən, itkin düşmüş hesab olunan 4 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 54 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #İtkin   #DİN   #Qusar   #Quba   #Xaçmaz   #Zaqatala   #Şəki   #Balakən  

Oxunub: 922