Komitə struktur dəyişikliyinə hazırlaşır


16:34     13 İyun 2018 2018/05/gomruk-komitesi-1-1525182103_1525182862.jpg


“Dövlət Gömrük Komitəsi struktur dəyişikliyinə hazırlaşır”.



Femida.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov bildirib.

Onun sözlərinə görə, Komitə mütəmadi olaraq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. “Hazırda Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişikliyi ilə bağlı tədbirlər hazırlanır. Bu struktur dəyişikliyi gömrük sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsinə yönələcək,” – deyə S. Muxtarov bildirib.

Femida.az

Açar sözlər: #Gömrük   #Komitə  

Oxunub: 1926