Dövlət qulluğuna növbəti qəbul imtahanının vaxtı bilindi


16:57     13 İyun 2018 2018/06/dovlet-q_1528880387.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30 iyunda inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.



DİM-dən Femida.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

İmtahanda iştirak etmək üçün qeydiyyat 20 iyun saat 18:00-dək davam edəcək.

13 iyun saat 10:30-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 99, BB vəzifə qrupu üzrə 306 nəfər olmaqla, ümumilikdə 405 nəfər qeydiyyatdan keçib.

Femida.az

Açar sözlər: #DİM   #Vəzifə   #Qeydiyyat  

Oxunub: 1331