Bu gün İlham Əliyev Putinlə görüşəcək


17:03     13 İyun 2018 putin86.jpg

Bu gün Rusiyanın paytaxtı Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.


Femida.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, V. Putinin bu gün həmçinin Ruanda prezidenti Polem Kaqame, Boliviya prezidenti Evo Morales, Livan baş naziri Saad Hariri və Ermənistan baş naziri Nikol Paşinyanla da görüşü baş tutacaq

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. O, iyunun 14-də "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.


Femida.az

Açar sözlər: #Prezident   #İlham-Əliyev  

Oxunub: 1316