Xaricə getmək istəyənlər üçün təhlükəsizlik bileti


17:43     13 İyun 2018 18_06_13_1528883052.jpg

Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə maarifləndirmə turuna start verib.

Bu məqsədlə “Xaricə getmək istəyənlər üçün təhlükəsizlik bileti” adlı maarifləndirmə turu barədə tədbir təşkil etdi. Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri Mahirə Əmirhüseynoa, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse prezidenti,“Ümidlə gəl” verlişinin layihə rəhbəri Hacı Quliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəziin əməkdaşı Məftun Qulamova və Səhiyyə Nazirliyinin əməkdaşı Nüşabə Səlimova və Xətai rayon 260 saylı məktəbin tarix müəlliməsi Sürmə Ələkbərova öz dəyərli fikirlərini tədbir iştirakçəları ilə bölüşdülər.Daha sonra iştirakçilar arasından Qusar, Biləsuvar Qazax rayonlarının sərhəd və gömrük keçid məntəqələrində maarifləndirmə turunun həyata keçirilməsi üçün 20 nəfər könüllülər seçildi.



Açar sözlər:

Oxunub: 1754